
Azərbaycan Uşaq Fondu Sədrinin birinci müavini və İcraçı direktoru Zəhra Bədəlbəyli
Azərbaycan Televiziyasının efirində yayımlanan “Gün başladı” verilişinin qonağı olub.
Zəhra Bədəlbəyli Fondun yaranma tarixindən və hazırki vəziyyətindən bəhs edib:
“Aprelin 14-də Azərbaycan Uşaq Fondun 35 illiyi oldu. Fond ümummilli lider Heydər Əliyevin birbaşa dəstəyi ilə yaranıb. Mütəqilliyimizi bərpa etdikdən sonra Fond da müstəqil fəaliyyətini davam etdirdi. Fond Beynəlxalq Uşaq Fondları Assosiasiyanın üzvü olsa da, eyni zamanda müstəqil fəaliyyət göstərir. Fond Birinci Qarabağ müharibəsi zamanı fəal olub. Həmin dövrdə valideyn himayəsindən məhrum qalmış uşaqların qayğısına qalıb. Fondun hazırki sədri Arif Hüseynov xeyriyyəçilik işləri ilə məşğul olaraq, yüksək məbləğdə ianələr edib”.
Azərbaycan Uşaq Fondunun nəzdində “Ecliptica” Uşaq İnkişaf Mərkəzinin açılışından danışan Z.Bədəlbəyli mərkəzi digərlərindən fərqləndirən xüsusiyyətini də vurğulayıb:
“Mərkəzə toplanan bütün vəsaitlər Fondun hesabına köçürüləcək. Fonda da bu vəsaitləri uşaqların, istedadının, bilik və bacarıqlarını artırılmasına istiqamətlənmiş layihələrə köçürüləcək. Mərkəzdə bir sıra maraqlı dərslər olacaq. Dünyanı kəşf et dərsində uşaqlar dünyagörüşünü artıracaq, həyatın müxtəlif sahələrindən məlumat toplayaraq, dünya haqqında yeni məlumatlar öyrənəcək. Maliyyə Savadlılığı proqramı çərçivəsində gənclər pul, qənaət, xərc, sərmayə, büdcə, kredit kimi konseptlər haqqında biliklər əldə edəcəklər”.
Daha ətraflı videodan tanış tanış ola bilərsiniz: