top of page

BİZİM HEKAYƏMİZ

1987-ci ildə Heydər Əliyevin böyük dəstəyi ilə Sovet Uşaq Fondu, 1988-ci il aprelin 14-də onun nəzdində Azərbaycan Uşaq Fondu yaradılmışdır.

 

Azərbaycanda Uşaq Fondunun yaradılması ideyasının həyata keçirilməsində ümummilli liderimiz Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Bu ideya yarananda görkəmli dövlət və siyasi xadim Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Uşaq Fondunun yaradılmasına SSRİ hökumətinin hərtərəfli dəstəyinə nail olmuşdur.

 

1988-ci ildə Ermənistanla başlayan hərbi əməliyyatlar müharibədə valideynlərini və evlərini itirmiş minlərlə azərbaycanlı övladına böyük mənəvi və fiziki ağrılar yaşatdı. Onlara mənəvi və maddi dəstək Fondun əsas qayğılarından biridir.

Scan_20221207_130609_edited.jpg
Scan_20221207_130131_edited.jpg

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Fond müstəqil fəaliyyətini davam etdirib.

 

Heydər Əliyev siyasi kursunu ölkəmizdə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev əsası ulu öndərin qoyduğu ənənələri yorulmadan davam etdirir. Prezident İlham Əliyevin 2009-cu ilin “Uşaq ili” elan edilməsi haqqında Sərəncamı dövlətimizin başçısının uşaqlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi, Heydər Əliyev ənənələrinin layiqli davamıdır.

 

2008-ci ildə Uşaq Fondu Azərbaycanda uşaq hüquqları haqqında qanun hazırlayıb parlamentə təqdim edib və sonradan qəbul edilib. Hər il ölkəmizin paytaxtı Bakıda və regionlarda uşaqların sağlamlığının və təhsilinin yüksək səviyyədə təşkili üçün müxtəlif maraqlı layihələr həyata keçirilir.

Azərbaycan Uşaq Fondu Beynəlxalq Uşaq Fondları Assosiasiyasının üzvüdür. 

MƏQSƏDLƏRİMİZ

- ictimaiyyətin və hakimiyyət orqanlarının diqqətini uşaqların problemlərinə cəlb etmək;

- ehtiyacı olan uşaqlara kömək etmək və ailə prioritetlərini dəstəkləmək üçün müxtəlif resursların cəlb edilməsi;

- uşaqların problemlərinin həllinə yönəlmiş proqram və layihələrin hazırlanması və həyata keçirilməsi;

- ailələrə, uşaqlara və uşaq hüquqlarının müdafiəsi sahəsində mütəxəssislərə sosial, hüquqi və psixoloji və pedaqoji dəstəyin göstərilməsi;

- xüsusilə istedadlı uşaqların aşkar edilməsi və gənc istedadların inkişafı üçün şərait yaradılması;

- uşaqlıq problemlərinin öyrənilməsi və həlli sahəsində çoxtərəfli əməkdaşlığın inkişafı.

Scan_20221207_130416_edited.jpg

MALİYYƏLƏNMƏNİN ƏSAS MƏNBƏLƏRİ

1. İanələr, qrantlar

2. Xeyriyyə tədbirləri

3. Korporativ əməkdaşlıq və ianələr

4. Qanunla qadağan olunmayan digər gəlirlər

Azərbaycan Uşaq Fondu
VÖEN: 1400108621

Fondun hüquqi ünvanı: Bakı ş, Üz. Hacıbəyli küç 40, (Hökümət evi)

Bank Rekvizitləri:
Azərbaycan Beynəlxalq Bankı ASC 
İBAN:AZ66IBAZ40060019443286906209
M/H: AZ03NABZ01350100000000002944 
Bankın kodu: 805056
Bankın VÖEN: 9900001881 
S.W.I.F.T.BIK: IBAZAZ2X

bottom of page