Bizim layihə
Uşaqlar Ağ ölümə yox deyir
Azərbaycan Uşaq Fondu narkotik və psixotrop vasitələrdən istifadəyə qarşı mübarizə xarakterli silsilə video çarxlar hazırlayıb. Əsas məqsəd son illər uşaqlar arasında narkotik vasitələrin geniş yayılmasını vurğulayaraq, cəmiyətin və xüsusilə də valideynlərin ayıq-sayıq olmasına diqqət çəkməkdir.
Bir çox valideynlər üçün uşaq narkomaniya problemi uzaq və qeyri-real görünür, lakin bəzi hallarda bu ağır nəticələrə qətirir. Uşaqlarda narkotik asılılığının ən çox inkişaf etdiyi yaş 13-19 arasındadır. Tədricən böyüyən uşağlara valideyn nəzarəti qetdicə azalır. Valideyn nəzarəti olmayan uşaqlar daha çox həmyaşıdları ilə, hətta tanımadığı insanlarla ünsiyyət qurmağa meyllidir, bu da ciddi problemlərə səbəb olur.
Bizim layihə
Gənc istedad
Proqramın məqsəd və vəzifələri gənc istedadlara maddi və mənəvi dəstək olmaq, onların bacarıqlarını inkişaf etdirməyə kömək etmək, həmçinin bu uşaqları müxtəlif bədii və elmi-texniki müsabiqələrdə, olimpiadalarda, sərgilərdə iştiraka fəal cəlb etməkdir.
Bizim layihə
Əlil uşaqlar üçün yardım
Sağlamlıq imkanları məhdud uşaqlar daim bahalı dərmanlara, reabilitasiya mərkəzlərində müalicəyə və həkim nəzarətinə ehtiyac duyurlar.
Bu prosesdə fondun rolu:
- ailə ilə müalicə yerləri arasında vasitəçi rolunu oynayır;
- sağlamlıq imkanları məhdud uşaqlar üçün kompleks əməliyyatlar və digər müalicə növlərini təşkil edir;
- təhsil, o cümlədən evdə və sonrakı məşğulluq imkanları ilə bağlı məsləhətləşmələr təşkil edir;
- Fondun könüllüləri əlil uşaqlara evdə və xəstəxanalarda baş çəkir;
- yardım göstərə biləcək digər ictimai təşkilatlarla qarşılıqlı əlaqədə olmaq;
- uşaqların yaradıcılıq işlərindən ibarət sərgilər keçirir;
- sağlamlıq imkanları məhdud uşaqları mədəni-maarif tədbirlərinə dəvət edir.
Maddi və mənəvi yardımla yanaşı, Azərbaycan Uşaq Fondunun könüllüsü olmaqla xəstə uşaqlara dəstək ola bilərsiniz.
Bizim layihə
Bilik gücdür
Uşaqlara bilik əldə etməyə kömək edin.
Uşaqlar üçün kitabların nəşrində iştirak.
Kor və görmə qabiliyyəti zəif olan uşaqlar üçün xüsusi ədəbiyyatın hazırlanmasında iştirak.
Kar və eşitmə qabiliyyəti zəif olan uşaqlar üçün peşə yönümlü kurslarda iştirak.
Bizim layihə
Açıq ürəklər
“Açıq Ürəklər” layihəsi çərçivəsində Azərbaycan Uşaq Fondu hər kəsi uşaqlara dəstək məqsədilə öz layihələrini həyata keçirməyə dəvət edir.
Xeyriyyə layihəniz nəticəsində toplanan vəsait uşaq evləri, internat məktəbləri və reabilitasiya mərkəzlərindəki uşaqların xüsusi ehtiyaclarına, sağlamlıq imkanları məhdud uşaqları olan ailələrə aylıq yardıma, təcili yardıma ehtiyacı olan ağır xəstə uşaqların reabilitasiyası və müalicəsi üçün ödənişlərə yönəldiləcəkdir.
Layihə necə işləyir:
- Xeyriyyə aksiyası keçirmək ideyanız varsa office@azuf.az ünvanına yazın
- Sizinlə tanış olmaq, layihənizi müzakirə etmək və tədbiriniz tərəfindən dəstəklənə biləcək cari ianə kampaniyası haqqında məlumat vermək üçün sizinlə əlaqə saxlayacağıq.
- Tədbirinizə - Azərbaycan Uşaq Fondunun saytında və sosial şəbəkələrdə layihə haqqında məlumatların dərc olunmasına informasiya dəstəyi göstərəcəyik.
Yığılan vəsait Fonda köçürüldükdən sonra biz sizə yığımın göndərildiyi yardımın icrası barədə tam hesabat təqdim edəcəyik.