top of page

ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız Festivalı – Məhsul Bayramı keçirilib

  • byramazanova2004
  • Nov 3
  • 1 min read
ree

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA İbtidai Məktəbində artıq ənənə halını alan Payız Festivalı – Məhsul Bayramı böyük coşqu ilə qeyd edilib.

Tarixən xalqımızın ənənələri sırasında xüsusi yer tutan Məhsul Bayramı bu gün də bolluğun, ruzinin, bərəkətin və birliyin simvolu kimi qeyd olunur.

Tədbirdə ADA Universitetinin və ADA Məktəbinin müəllimləri, tələbələri, tərəfdaş şirkətlər, valideynlər və məzunlar bir araya gəliblər.

ree

Festivalın keçirilməsində əsas məqsəd ADA ailəsini və tərəfdaşlarını bir araya gətirərək şagirdlər və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçilik ənənələrimizi yaşatmaq və erkən yaşlardan cəmiyyət üçün faydalı şəxsiyyətlər yetişdirmək olub.



ree

Tədbir çərçivəsində tələbə və şagirdlərin əl işləri, eləcə də tərəfdaş şirkətlərin məhsullarından ibarət xeyriyyə məqsədli sərgi-satış təşkil olunub. Yığılan vəsait ADA İbtidai Məktəbinin şagirdləri və Azərbaycan Uşaq Fondu ilə birgə seçiləcək sosial layihələrin həyata keçirilməsinə yönəldiləcək. Bu təşəbbüslər Məhsul Bayramının mənəvi dəyərini daha da artıraraq paylaşma və xeyirxahlıq ruhunu yayır.


Ötən il keçirilən Məhsul Bayramı zamanı toplanan vəsait Süvalanda yerləşən qızlar evində təşkil olunan təhsil layihələrinin reallaşdırılmasına sərf edilib.

ree

Rəsmi hissədən sonra tədbir rəngarəng bədii proqramla davam edib. ADA Universitetinin tələbələri və məktəbin şagirdləri tərəfindən hazırlanan çıxışlar, musiqi və rəqs ifaları bayram ab-havasını daha da canlandırıb.

ADA ailəsinin üzvü, Azərbaycanın Xalq artisti Zülfiyyə Xanbabayeva’nın musiqili çıxışı isə tədbirə xüsusi rəng qataraq iştirakçılara unudulmaz anlar yaşadıb.


ree

Əsas və daimi tərəfdaş kimi “Veysəloğlu” Şirkətlər Qrupu, o cümlədən “Veysəloğlu Distribusiya”, “Ulduz”, “Araz” supermarketlər şəbəkəsi, “Oba” marketlər şəbəkəsi, “Xonça” və “Rossmann” şirkətləri, həmçinin ADA Universitetinin əməkdaşlıq etdiyi “Paul”, “Fryday”, “Cinnabon”, “Şahdağ-E Arıçılıq”, “Absheron Olive Garden”, “Maxprint” və “Referans Medical Group” kimi şirkətlərin dəstəyi ilə keçirilən bu bayramda ölkəmizin müxtəlif bölgələrində yetişdirilən meyvə-tərəvəz, çörək, şirniyyat və digər yerli istehsal nümunələri ilə yanaşı, qeyri-qida məhsulları da satışa çıxarılıb.

 
 

Bank Rekvizitləri:
Azərbaycan Beynəlxalq Bankı ASC 
İBAN:AZ66IBAZ40060019443286906209
M/H: AZ03NABZ01350100000000002944 
Bankın kodu: 805056
Bankın VÖEN: 9900001881 
S.W.I.F.T.BIK: IBAZAZ2X

Bakı, Üzeyir Hacıbəyli küç. 40,

(Hökümət Evi) 

+ 99412-493-84-20

Azerbaijan Children's Foundation | 2025

bottom of page