top of page

Müstəqillik Gününə həsr olunmuş xeyriyyə konserti

  • byramazanova2004
  • 19 hours ago
  • 2 min read
ree

2025-ci il oktyabrın 18-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş xeyriyyə məqsədli musiqili-poetik konsert keçirilib.

Tədbir Azərbaycan Uşaq Fondu, “Modern Poems – Müasir Azərbaycan Şairləri” ədəbi layihəsi və “Gənc Şairlər” uşaq ədəbi layihəsinin birgə təşkilatçılığı ilə baş tutub.


Konsertin əsas məqsədi poeziya, musiqi və rəqs vasitəsilə Azərbaycan xalqının mənəvi dəyərlərini, milli birliyini və mədəni irsini tamaşaçılara çatdırmaq, həmçinin xeyriyyə təşəbbüsü çərçivəsində uşaqlara dəstək göstərmək olub.


ree

Tədbirdə “Modern Poems – Müasir Azərbaycan Şairləri” ədəbi layihəsinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Lalə Həsənova və Azərbaycan Uşaq Fondunun sədri Zəhra Bədəlbəyli çıxış ediblər.

Axşamın proqramına şair və tərcüməçi Zaur Cəfərovun Azərbaycanın bütün rayon və şəhərlərinə həsr olunmuş şeirləri daxil idi.

ree

Konsertdə “Gənc Şairlər” uşaq ədəbi layihəsinin istedadlı iştirakçıları çıxış ediblər:

Aliyə Tağıyeva, Əminə Abdullayeva, Fateh


Məmmədov, Tamerlan Məmmədov, Ayan Əmiraslanlı, Yasmin Dayanova, Alisa Tişkeviç, Məryəm Babayeva, Banu Qorçiyeva, Nərmin Allahverdiyeva, Xədicə Nağıyeva, Cənnət Məmmədova, Emiliya Məmmədova, Diana Xanməmmədli, Albert Bloxin, İbrahim Əlimzadə, Rəna Hüseynzadə, Fərəhxanım Məmmədova, Məryəm Abbasova, Tamilla Əhmədova, Əzizə Məmmədova, Xədicə Xəlilova və İmran Şıxıyev.


“Modern Poems – Müasir Azərbaycan Şairləri” ədəbi layihəsinin şairləri də səhnəyə çıxaraq öz şeirlərini səsləndiriblər:

Lalə Həsənova, Türkan Bayramzadə, Cəbrayıl Muradov, Anar Hüseynov, Samirə Şıxıyeva, Aytac Tomarova, Günatay Hüseynova, Olqa Şalayeva, Aytən Həsənzadə, Əlisacid Həşimzadə, Səbinə Əliyeva, Ayfəl Məmmədova, Nərmin Hacıyeva, Nərmin Musayeva, Ləman Həsənova, Bayram Məhərrəmov və Ziba Rəsul.


Konsert proqramında həmçinin musiqi və rəqs nömrələri yer alıb.

Səhnədə Bakı Musiqi Akademiyasının məzunu Ləman Qulamova, Azərbaycan Milli Konservatoriyasının tələbəsi Ləman Cəfərova və musiqiçi-bəstəkar Murad Muradov çıxış ediblər.


ree

Tamaşaçılara Diana Tsurkanın xoreoqrafiyası və İrina Tsurkanın rəhbərliyi ilə Beynəlxalq Gimnastika, Akrobatika və Rəqs Akademiyasının “SanSara” rəqs kollektivi tərəfindən rəqs kompozisiyaları təqdim olunub.


Layihənin iştirakçısı və aktrisası Renata Asyanovaya könüllü dəstəyinə görə xüsusi təşəkkür bildirilib.


Tədbirin ən dərin təəssürat yaradan məqamlarından biri II Qarabağ müharibəsi veteranı Elmar Lətifovun və Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyovanın çıxışları olub.

“Azərbaycan Respublikası Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Səyavuş Aslanov hər ikisini təşəkkürnamələrlə təltif edib.

Daha sonra Zaur Cəfərov səsləndirdiyi şeirləri anasının əziz xatirəsinə həsr etdiyini bildirib.


Konsertin sonunda Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru, əməkdar jurnalist Flora Nəci və şair-tərcüməçi Zaur Cəfərov çıxış edərək Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının direktoru Ülviyyə Bəbirovaya təşəkkürlərini bildiriblər.

ree

Konsertdə həmçinin Azərbaycanın Xalq yazıçısı Natiq Rəsulzadə, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Ümumdünya Yazıçılar Təşkilatının Koordinasiya Şurasının rəhbəri Eldar Əhədov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bard Ələddin Yaqubov, Abdulla Şaiq ev-muzeyinin direktoru Ülkər Talıbzadə, “Ədəbiyyat Dünyası” qəzetinin baş redaktoru Elmar Şeyxzadə, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova və digər qonaqlar iştirak ediblər.


Biletlərin satışından əldə olunan bütün vəsait Azərbaycan Uşaq Fonduna yardım məqsədilə yönəldilib.

Bank Rekvizitləri:
Azərbaycan Beynəlxalq Bankı ASC 
İBAN:AZ66IBAZ40060019443286906209
M/H: AZ03NABZ01350100000000002944 
Bankın kodu: 805056
Bankın VÖEN: 9900001881 
S.W.I.F.T.BIK: IBAZAZ2X

Bakı, Üzeyir Hacıbəyli küç. 40,

(Hökümət Evi) 

+ 99412-493-84-20

Azerbaijan Children's Foundation | 2024

bottom of page