top of page

Uşaqlar üçün "Sevinc payı" layihəsi davam etdirilir

  • byramazanova2004
  • 6 days ago
  • 1 min read
ree

 

 2025-ci ilin əvvəlindən Azərbaycan Uşaq Fondu “Sevinc payı” adlı sosial layihəni həyata keçirir. Layihənin əsas məqsədi valideyn qayğısından məhrum qalan uşaqlara sevinc dolu anlar, təbəssüm və bayram əhval-ruhiyyəsi bəxş etməkdir. Hər ayın sonuncu bazar ertəsi uşaq evlərində, internat məktəblərində və sığınacaqlarda yaşayan balacalar üçün xeyirxahlıq qapıları açılır.


28 iyul tarixində layihə çərçivəsində eyni vaxtda iki tədbir keçirilib: Bakıda – uşaq evlərinin sakinləri və aztəminatlı ailələrin övladları üçün, burada Park Cinema və KFC-nin dəstəyi ilə uşaqlara maraqlı filmlər göstərilib və dadlı yeməklərlə qonaq ediliblər; Gəncədə isə “Tamas” sığınacağındakı uşaqlar üçün tədbir CineMastercard kinoteatrlar şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Uşaqların sevinc dolu baxışları və gülüşləri bu təşəbbüsün nə qədər dəyərli olduğunu təsdiqləyir, o, yüzlərlə uşağın üzünə təbəssüm bəxş edir və onların qayğı və diqqət ehtiyacını qarşılayır.


Azərbaycan Uşaq Fondu olaraq həssas qruplardan olan uşaqların yanında dayanmaq missiyamızı davam etdiririk. Tərəfdaşlarımızın və xeyirxah insanların dəstəyi ilə “Sevinc payı” layihəsi mərhəmətin və ümidin simvoluna çevrilib.


Tədbir KFC, Cinema Plus və CineMastercard ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

ree

Bank Rekvizitləri:
Azərbaycan Beynəlxalq Bankı ASC 
İBAN:AZ66IBAZ40060019443286906209
M/H: AZ03NABZ01350100000000002944 
Bankın kodu: 805056
Bankın VÖEN: 9900001881 
S.W.I.F.T.BIK: IBAZAZ2X

Bakı, Üzeyir Hacıbəyli küç. 40,

(Hökümət Evi) 

+ 99412-493-84-20

Azerbaijan Children's Foundation | 2024

bottom of page