top of page

Heydər Əliyevə həsr olunmuş kitabı azərbaycan dilində təqdim olunub

Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Azərbaycan Uşaq Fondun təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevə həsr olunmuş akademik, SSRI Uşaq Fondunun yaradıcısı Albert Lixanovun yazdığı «Не истает в памяти» - "Yaddaşdan silinməz" adlı kitabın azərbaycan dilində təqdim olunub.

Azərbaycan Uşaq Fondunun 35 illik tarixi Ulu öndər Heydər Əliyevlə bağlıdır. "Yaddaşdan silinməz" unikal kitabın təqdim olunması Ulu öndərin 100 illiyinə təsadüf edir. Və orda əks olunmuş xatirələr bu tarixin bir parçasıdır.

Albert Lixanovun iradəsi, onun fikirlərinə, ideyalarına güvən və inamla yanaşan Heydər Əliyevin addımları bizə onu imkan verir ki, biz bu gün ölkəmizin bütövlükdə uşaqlıq mövzusunda irrələyişləri görək.

Ulu öndər Heydər Əliyevin yolunu böyük uğurla davam etdirən Cənab Prezindent İlham Əliyev və Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva məhz uşaqlıq, kimsəsizlik mövzusunda çox böyük işlər görürlər. Heydər Əliyev Fondu və Fondun Vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən himayəsiz uşaqlara göstərilən qayğı,, diqqət hamımız üçün nümunəvidir.

Və biz, Azərbaycan Uşaq Fondu olaraq bu istiqamətdə öz vəzifəmizi layiqincə yerinə yetirməyə çalışırıq.

Kitabın nəşri və təqdimatı üçün dəstək göstərən:

KOBSKA, AZAL, Molokanİnn dərin təşəkkürümüzü bildiririk.

Aparıcı: aktyor Rüfət Nəzərov

Çıxışlar:

1. Bakı Kitab Mərkəzinin direktoru, Günel Anar qızı

2. Uşaq Fondunun İdarə heyətinin Sədri, Zəhra Bədəlbəyli

3. KOBSKA İdarə heyətinin sədri Nigar Ələsgərova

4. Azərbaycan Uşaq Fondunun İdarə heyətinin həmsədri Arif Hüseynov

5. Rusiya Uşaq Fondunun rəhbəri Dmitriy Albertoviç Lixanov

6. Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev

İfalar:

1. Balaca istetadımız- Nuray Şaxsuvarlı - "Durnalar" musiqi (Cahangir Cahangirov, söz. Mola Pənah Vaqif)

2. Gənc, peşəkar müğənni Rilaya - Axşam mahnısı (Tofiq Quliyev), Yalqızam yalqız (Tofiq Quliyev), Bir könül sındırmışam (Ramiz Mirişli) - Müşayiət edir - Elbəy Məmmdəzadə

3. Bakı Musiqi Akademiyasının müəllimi Anar Seyidov (skripka) / Sevgi rəgsi (Fikrət Əmirov)/ Səyahət (Qara Qarayev) - Müşayiət - Nərmin İsmayılova.



















bottom of page