top of page

“Ecliptica” Uşaq İnkişaf Mərkəzinin açılışı oldu

Aprelin 15-də Azərbaycan Uşaq Fondunun nəzdində “Ecliptica” Uşaq İnkişaf Mərkəzinin açılışı baş tutdu.




Açılış mərasimində Fondun İdarə Heyəti və Himayəçilik Şurası, Əməkdar artist Ramil Qasımov, müğənni Azad Şabanov, aktrisa Oksana Rəsulova, aktyor Azər Aydəmir, rəssam Nigar Helmi və ictimaiyyət nümayəndələri iştirak etdilər.




İlk olaraq Azərbaycan Uşaq Fondunun İdarə Heyətinin sədri Arif Hüseynov çıxış edərək, xeyir-duasını verdi.

Daha sonra Fondun sədr müavini və İcraçı direktoru Zəhra Bədəlbəyli mərkəzin yaranma ideyasından bəhs etdi:



“Azərbaycan Uşaq Fondu tərəfindən bir neçə ay ərzində yeni layihələr, maraqlı tədbirləri həyata keçirdik. Mərkəzin yaranmasında “Gamma” şirkətin və “Avand” Holdingin böyük rolu olub. Mərkəzimizdə uşaqlar aktyorluq, maliyyə savadlılığı, liderlik, ədəbiyyat - yazıçılıq, təsviri sənət növləri, dünyanı kəşf et, coğrafiya, ingilis dili, həmçinin əlavə dərslərə qoşula biləcəklər. Bütün dərslər sərbəst və maraqlı formatda keçiriləcək”.




“Ecliptica” Uşaq İnkişaf Mərkəzinin direktoru Mələk Mollazadə çıxışında mərkəzin fəaliyyətindən danışdı:

“Mərkəz fərqli formatda fəaliyyət göstərəcək. Burada bütün uşaqlarla yanaşı, o cümldən şəhid ailələrindən olan uşaqların təhsilinə önəm veriləcək”.



Qeyd edək ki, Azərbaycan Uşaq Fondu Azərbaycanda bütün uşaqlarla, o cümlədən az təminatlı ailələr, uşaq evləri və sığınacaqlarda yaşayan uşaqlarla bağlı bir sıra layihələr həyata keçirib. Bunlardan “Uşaqlar “ağ ölümə” “yox” deyir”, “Mədəni ol” layihələrini qeyd etmək olar. Eləcə də, 2022-ci ilin noyabrın 20-də Dünya Uşaqlar Günü ilə bağlı xeyriyyə konserti və uşaq sığınacaqlarında Yeni il şənliyi təşkil edilib.



“Ecliptica” Uşaq İnkişaf Mərkəzinin əsas məqsədi – bütün uşaqlara, o cümlədən aztəminatlı ailələrdən, uşaq evlərindən və sığınacaqlardan olan uşaqların dünyagörüşünün, istedadının, bilik və bacarıqlarını artırmaqdır. Burada uşaqlar aktyorluq, rəssamlıq, yazıçılıq və maliyyə savadlılığı ilə bağlı bilik və bacarıqlarını inkişaf etdirərək, təbiətin, kosmosun və rəqəmsal dünyanın sirlərini öyrənəcək, daha kreativ düşüncə sahibi olacaqlar.


Tədbirə aparıcılıq aktyor Səfa Mehdiyə həvalə olundu. Müğənni Nərmin Məmmədli və “East or West” qrupunun ecazkar ifaları açılışa rəngarənglik bəxş etdi.










bottom of page