top of page

Azərbaycanlı tələbə 82300 dollar təqaüd alacaq

Massaçusets Texnologiya İnstitutuna (Massachusetts Institute of Technology) birbaşa qəbul alan Dəniz Səttarlıya MİT hər il 82300 dollar verəcək.



Bu barədə onun müəllimi Rüfət Hüseynov məlumat verib.


“Dünyanın ən yaxşı universitetindən gələn qəbul xəbərindən sonra indi də təqaüd xəbəri gəldi. MİT Dənizə hər il 82300 dollar təqaüd verəcək. Belə top universitetləri hər il ölkə gənclərinə və ailələrinə təkrar-təkrar əlçatan etmək çox böyük xoşbəxtlikdir”.


Qeyd edək ki, Bakı Türk Liseyinin şagirdi Dəniz Səttarlı tam təqaüdlə dünyanın ən yaxşı universitetlərindən sayılan Amerikanın Massaçusets Texnologiya İnstitutuna (Massachusetts Institute of Technology - MIT) qəbul olunub. O, dəfələrlə kimya fənni üzrə beynəlxalq və respublika olimpiadalarının qalibi olub.



 
 

Bank Rekvizitləri:
Azərbaycan Beynəlxalq Bankı ASC 
İBAN:AZ66IBAZ40060019443286906209
M/H: AZ03NABZ01350100000000002944 
Bankın kodu: 805056
Bankın VÖEN: 9900001881 
S.W.I.F.T.BIK: IBAZAZ2X

Bakı, Üzeyir Hacıbəyli küç. 40,

(Hökümət Evi) 

+ 99412-493-84-20

Azerbaijan Children's Foundation | 2024

bottom of page