top of page

Uşaqlar “ağ ölümə” “yox” deyir!

Updated: Apr 17, 2023

Azərbaycan Uşaq Fondu narkotik və psixotrop vasitələrdən istifadəyə qarşı mübarizə xarakterli silsilə videoçarxlar hazırlayıb.


Əsas məqsəd son illər uşaqlar arasında narkotik vasitələrin geniş yayılmasını vurğulayaraq, cəmiyyətin və xüsusilə də valideynlərin ayıq-sayıq olmasına diqqət çəkməkdir.



Bir çox valideynlər üçün uşaq narkomaniyası problemi qeyri-real görünür, lakin bəzi hallarda bu ağır nəticələrə gətirib çıxarır. Uşaqlarda narkotik asılılığının ən çox inkişaf etdiyi yaş 13-19 arasındadır. Uşaqlar böyüdükcə tədricən valideyn nəzarəti azalır. Valideyn nəzarəti olmayan uşaqlar daha çox həmyaşıdları ilə, hətta tanımadığı insanlarla ünsiyyət qurmağa meyillidir, bu da ciddi problemlərə səbəb olur.



Azərbaycan Uşaq Fondu “Uşaqları sevgi, qayğı, diqqətimizlə qoruyaq!” şüarı ilə valideynləri uşaq narkomaniyası probleminə diqqət yetirməyə çağırır.



“Ağ ölüm”ə qarşı yeniyetmələri bir araya gətirən sosial videoçarxlar Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövtlət Dəstəyi Agentliyin dəstəyi ilə hazırlanıb. Sosial şəbəkələrədə nümayiş olunan videoçarxlar izləyicilər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.




 
 

Bank Rekvizitləri:
Azərbaycan Beynəlxalq Bankı ASC 
İBAN:AZ66IBAZ40060019443286906209
M/H: AZ03NABZ01350100000000002944 
Bankın kodu: 805056
Bankın VÖEN: 9900001881 
S.W.I.F.T.BIK: IBAZAZ2X

Bakı, Üzeyir Hacıbəyli küç. 40,

(Hökümət Evi) 

+ 99412-493-84-20

Azerbaijan Children's Foundation | 2024

bottom of page