ADA Universitetinin Hüquq fakültəsinin tələbəsi Ayxan Dadaşov dünyanın ən qabaqcıl 16 universitetindən (American University, University of Cambridge, University of California, Berkeley, London School of Economics (LSE), King’s College London, Northwestern University, University of Pennsylvania, Georgetown University, Cornell University, University of Michigan Ann Arbor, University College London (UCL), Queen Mary University of London, Durham University, University of Bristol, University of Nottingham, University of Amsterdam) magistr dərəcəsi üzrə qəbul təklifi alıb.
Ayxan Dadaşovun seçimi beynəlxalq hüquq ixtisası üzrə Amerika Universitetində (American University LL.M. in International Legal Studies) oldu. Həmçinin o, akademik və profesional göstəricilərə görə məhdud sayda tələbəyə verilən “Global Talent Development” təqaüdünə layiq görülüb.
Comments