Dünyanın müxtəlif yerlərində münaqişələrin şahidi olduğumuz bir vaxtda uşaqların əzab-əziyyətini, ölümünü görmək çox ağırdır. Uşaqların özlərini qorumaq üçün vasitələri yoxdur, onları qorumaq böyüklərin vəzifəsidir.
Gənc nəslə qarşı məsuliyyətsiz münasibət yolverilməzdir və həm insani, həm də beynəlxalq hüquq normalarına ziddir. Separatçı və terror hərəkətləri gənc nəsil üçün hər zaman fəlakətli nəticələrə gətirib çıxarır.
Azərbaycan Uşaq Fondu olaraq biz beynəlxalq təşkilatlardan Yaxın Şərqdə hərbi əməliyyatları dayandırmağı və dərhal atəşkəsin təmin edilməsini rəsmi şəkildə xahiş edirik. Təkcə son on gündə bu münaqişə mindən çox uşağın həyatına son qoyub. Biz qlobal ictimaiyyəti ən həssas insanları qorumaq, bütün dünyada uşaqlar üçün daha parlaq gələcək təmin etmək üçün bir araya gəlməyə çağırırıq.
コメント