top of page

Polad Həşimovun oğlu “Kiber Ulduz” yarışmasına qatıldı

  • Writer: Samira 1news
    Samira 1news
  • Apr 17, 2023
  • 1 min read


Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun oğlu Davud Həşimov Bakı Ali Neft Məktəbində (BANM) təşkil olunmuş “Kiber Ulduz” yarışmasında iştirak edib.


Bu barədə BANM-ın rektoru Elmar Qasımov Facebook hesabında yazıb:


“Çox ağıllı, ədəbli, inanclı, bacarıqlı, təvazökar, Şəhid Generalımızın adına layiq oğuldur. Ruhun şad olsun, Milli Qəhrəmanımız!”.


Qeyd edək ki, Milli Qəhrəman Polad Həşimovun 3 övladı – bir qızı, iki oğlu var.

Davud Həşimov hazırda Bakı şəhəri Fizika-riyaziyyat-informatika təmayüllü liseyin 10-cu sinfində oxuyur. Onun arzusu kompüter elmləri üzrə təhsil almaqdır. Həmçinin Davud xaricdə təhsil almaq istəyir. O, ingilis dilində bilir.


Şəhid generalın qızı Aybəniz Həşimova 2021-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub.



 
 

Bank Rekvizitləri:
Azərbaycan Beynəlxalq Bankı ASC 
İBAN:AZ66IBAZ40060019443286906209
M/H: AZ03NABZ01350100000000002944 
Bankın kodu: 805056
Bankın VÖEN: 9900001881 
S.W.I.F.T.BIK: IBAZAZ2X

Bakı, Üzeyir Hacıbəyli küç. 40,

(Hökümət Evi) 

+ 99412-493-84-20

Azerbaijan Children's Foundation | 2024

bottom of page