top of page

İdmançımız tarixi qələbəyə imza atdı

  • Writer: Samira 1news
    Samira 1news
  • Apr 17, 2023
  • 1 min read


Bolqarıstanın Plovdiv şəhərində qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyi keçirilib.


Yarışda Azərbaycanı təmsil edən Zərifə Hüseynova gümüş medal qazanıb. Qrup mərhələsini 5 qələbə ilə bitirən Zərifə yarımfinala gedən yolda Bolqarıstan, Koreya, İtaliya və Macarıstanı təmsil edən idmançılara qalib gələrək ən güclü dördlüyə yüksəlib.


Azərbaycanın qılıncoynatma tarixində yeniyetmələrin dünya birinciliyində ilk medalı qazanmaqla tarixə düşən Z.Hüseynovanın əsas hədəfi Yay Olimpiya Oyunlarında mükafatçılar sırasına düşməkdir.


Qeyd edək ki, Zərifə Hüseynova 2021-ci ildə Misirin paytaxtı Qahirə şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.


Pərinaz Rəhimli






Bank Rekvizitləri:
Azərbaycan Beynəlxalq Bankı ASC 
İBAN:AZ66IBAZ40060019443286906209
M/H: AZ03NABZ01350100000000002944 
Bankın kodu: 805056
Bankın VÖEN: 9900001881 
S.W.I.F.T.BIK: IBAZAZ2X

Bakı, Üzeyir Hacıbəyli küç. 40,

(Hökümət Evi) 

+ 99412-493-84-20

Azerbaijan Children's Foundation | 2024

bottom of page