top of page

Gəlin birlikdə Dənizə ümid olaq


ABŞ-da yaşayan 14 yaşlı azərbaycanlı İlana Koenigin ağır sümük xərçənginə qaldikdən sonra bu xəstəliklə mübarizə aparan uşaqlara ümid olmaq üçün öz fondunu – “Koenig Childhood Cancer Foundation”ı yaradır.


İndiyə qədər yüzlərlə uşağa maddi və mənəvi dəstək olan bu qızcığaz, Azərbaycanda və Türkiyədəki xərçəngdən əziyyət çəkən uşaqlara fondu vasitəsilə yardım edir. O, müxtəlif tədbirlərdə çıxış edərək, mübarizə mahnısını oxuyur, topladığı vəsaiti xəstə uşaqlara göndərir.


Hazırda İlana xərçənglə mübarizə aparan azərbaycanlı Dənizə köməklik göstərir. Ötən il Dəniz anası ilə birlikdə “Koenig Childhood Cancer Foundation”ın köməkliyi ilə müalicə üçün əvvəlcə Türkiyəyə gedir. Burada onun müalicəsi üçün lazımi imkanlar olmadığından ABŞ-dakı “Memorial Sloan Kettering” xəstəxanasına göndərilir. İlana fondun sosial şəbəkələri vasitəsilə Dənizin hekayəsini paylaşır və dünyanın hər yerindən onun üçün ianələr toplanır. Bir müddət sonra Dəniz sağalır.


Lakin təəssüf ki, yaxın zamanlarda Dənizdən sarsıdıcı xəbər gəlir. O, xəstəxanaya yerləşdirilib, saçları tökülüb, yenidən əməliyyatlar – hər şey yenidən qayıdıb. Onun beynindən yeni şiş çıxarılıb və müalicəsi davam edir.


Balaca Dənizin və anasının bizlərin köməyinə ehtiyacı var. Azərbaycan Uşaq Fondu olaraq dəstək məqsədilə “Koenig Childhood Cancer Foundation”ın çağırışlarına qoşuluruq. Gəlin birlikdə balaca Dənizin, eləcə də, onun kimi bu xəstəlikdən əziyyət çəkən azərbaycanlı uşaqların sağalmasına kömək edək.


Dənizin sağalması üçün ianə verin və bu postu sosial şəbəkə hesabınızda paylaşın.


Azərbaycan Uşaq Fondu: http://azuf.e-xezine.az/


Koenig Childhood Cancer Foundation: https://thekccf.org/SaveDaniz/


Comments


bottom of page