top of page

Dünya Uşaqlar Günü xeyriyyə konserti

Updated: Apr 18, 2023

20 Noyabr - BMT Baş Assambleyası tərəfindən 1954-cü ildə elan edilmiş Ümumdünya Uşaqlar Günüdür. Azərbaycan Uşaq Fondu tərəfindən təşkil olunan Dünya Uşaqlar Günü xeyriyyə konserti noyabrın 20-si Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində keçirilib.



Tədbir zaman uşaqların çəkdikləri rəsm əsərlərinin nümayişi baş olub və “Baku-Simfonietta” orkestri “Disney” cizgi filmlərindən musiqilər ifa edib.


Əməkdar artist Elza Seyidcahan, müğənnilərdən Zamiq Hüseynov, Sevda Yahyayeva, Elnarə Xəlilova, Rilaya, Ömər Bəbirli öz repertuarlarından mahnılar oxuyublar. Həmçinin konsertdə "Renessans" Uşaq Xoru da çıxış edib.



Zalda hemofiliyadan əziyyət çəkən uşaqlar iştirak ediblər və onların yazdığı nağıllardan ibarət "Gənc yazarlar" kitabı məhz onun müəlliflərinə ulduzlar tərəfindən təqdim olunub.

Konsertin aparıcıları Aysel Zahidqızı və İslam Mehrəliyev idi


Biletlərin satışından əldə edilən bütün vəsait Azərbaycanda yardıma ehtiyacı olan uşaqlara sərf olunacaq.


Konsert iTicket.az şirkətinin, “Qızıl Aypara” Cəmiyyətinin, Respublika Hemofiliyalı Xəstələr Assosiasiyasının və “Care Group” şirkətinin birgə dəstəyi ilə keçirilib.


 
 

Bank Rekvizitləri:
Azərbaycan Beynəlxalq Bankı ASC 
İBAN:AZ66IBAZ40060019443286906209
M/H: AZ03NABZ01350100000000002944 
Bankın kodu: 805056
Bankın VÖEN: 9900001881 
S.W.I.F.T.BIK: IBAZAZ2X

Bakı, Üzeyir Hacıbəyli küç. 40,

(Hökümət Evi) 

+ 99412-493-84-20

Azerbaijan Children's Foundation | 2024

bottom of page