top of page

Builki imtahanda ən yüksək nəticəni onlar göstərdi

Martın 5-də (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.



Builki imtahanda ən yüksək nəticəni Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdi Arif Hacıyev göstərib. O, 296.7 bal toplayıb.


Arif Hacıyevin seçimi Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasıdır.


Qeyd edək ki, A. Hacıyev iki il əvvəl də 9-cu sinif buraxılış imtahanında 282.6 bal toplamaqla yüksək nəticə göstərib.



Həmçinin buraxılış imtahanlarında yüksək nəticə göstərən digər şagird – Fidan Rəhimovadır. O, 294 bal toplamaqla ölkə üzrə ikincidir.

Master School tədris mərkəzinin yetirməsi olan Fidan Suraxanı rayonu, 282 saylı tam orta məktəbinin məzunudur.





 
 

Bank Rekvizitləri:
Azərbaycan Beynəlxalq Bankı ASC 
İBAN:AZ66IBAZ40060019443286906209
M/H: AZ03NABZ01350100000000002944 
Bankın kodu: 805056
Bankın VÖEN: 9900001881 
S.W.I.F.T.BIK: IBAZAZ2X

Bakı, Üzeyir Hacıbəyli küç. 40,

(Hökümət Evi) 

+ 99412-493-84-20

Azerbaijan Children's Foundation | 2024

bottom of page