Azərbaycanlı şagirdlər ABŞ-ın nüfuzlu universitetlərinə qəbul olublar.

Avropa Azərbaycan Məktəbinin şagirdi Sara Nabikoğlu ABŞ-ın 10 nüfuzlu universitetindən qəbul alıb. Sara Nabikoğlunun aerospeys mühəndisliyi ixtisası üzrə dəvət aldığı universitetlər sırasında ABŞ-ın Boston, Virciniya Texnologiya, Miami, Pensilvaniya, Corc Vaşinqton kimi nüfuzlu universitetləri var. O, həmçinin Böyük Britaniyanın Queen Mary və Bristol universitetlərindən də qəbul alıb. Lakin Saranın seçimi ABŞ-nin Boston Universiteti olub.
Qeyd edək ki, Sara Nabikoğlu ixtiraları və ideyaları ilə bir neçə beynəlxalq olimpiadada uğur qazanıb. O, 5 dildə sərbəst danışır.

Oksford Məktəbinin şagirdi Ayla Əliyeva isə, SAT imtahanından yüksək nəticə göstərərək ABŞ-nin məşhur Harvard Universitetinə qəbul olub. O, bu imtahan üzrə 1 550 bal toplayıb. (IELTS nəticəsi 8,5 bal)
Aylanın ABŞ-nin Kolumbiya və Braun kimi nüfuzlu universitetlərinə etdiyi müraciətlərə də müsbət cavab verilib. Lakin Ayla Harvard Universitetini seçib.
Qeyd edək ki, Ayla Əliyeva “Ivy League”ə daxil olan dünyanın ən nüfuzlu 8 universitetindən 3-nə bakalavr pilləsi üzrə qəbul alan ilk azərbaycanlı tələbədir.

Mənbə: Azərbaycan universitetləri