
Arif Hüseynov yerinə onun birinci müavini Zəhra Bədəlbəyli rəsmi olaraq təsdiq olundu. Bu dəyişiklik Fondun gələcək strategiyasını və fəaliyyət istiqamətlərini daha da gücləndirmək məqsədi daşıyır.
Azərbaycan Uşaq Fondu, ölkənin uşaq hüquqları və rifahı sahəsində fəaliyyət göstərən ən önəmli qurumlarından biridir. Fondun məqsədi, uşaq hüquqlarının qorunması və onların rifahının təmin olunması istiqamətində fəaliyyət göstərməkdir.
Yeni sədr Zəhra Bədəlbəyli, xeyriyyəçilik və sosial işlər sahəsində geniş təcrübəyə malik bir şəxsdir. O, bu vəzifədə Fondun yeni strategiyalarını və layihələrini həyata keçirməyə davam edəcək.

Zəhra Bədəlbəyli ali təhsilini Bakı Musiqi Akademiyasında alıb.
Tələbəlik dövründən rəhbərlik vəzifələrində çalışıb. Bununla yanaşı, ölkəmizin əhəmiyyətli layihələrindən biri Eurovision Azərbaycan layihəsində iştirak edib və birinci mahnının “Day After Day” mahnısının sözlərini yazıb.
2008-ci ildən Gənclər və İdman Nazirliyində çalışıb.
2011-ci ildən "OK!" beynəlxalq jurnalın Azərbaycan üzrə baş redaktoru olub.
Bununla yanaşı, iki şeir toplusunun müəllifidir.
2020-ci ildə “Dəstək Ol” xeyriyyə hərəkatını təşkilatçılardan biridir.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2022-ci ildən Azərbaycan Uşaq Fondunun İdarə heyətinin sədrinin birinci müavini vəzifəsinə seçilmişdir.
Həmçinin, "GAMMA Group" MMC şirkətinin həmtəsisçisi və rəhbəridir. Bu şirkətin Azərbaycan Uşaq Fonduna sponsorluq dəstəyi ilə bir neçə xeyriyyə yönümlü layihə həyata keçirilmişdir.

“Bu mühüm vəzifəyə təyin edilməyim mənim üçün böyük şərəfdir. İdarə heyəti, Himayəçilik Şurası və sədrimizin tərəfindən birinci müavin olduğum zaman fəaliyyətimə yüksək giymət verməylərinə görə minnətdaram. Fəxri Sədrimiz Arif Hüseynovun müdrik nəzarətin altında irəlləyən işlərinin davamına dərin məsuliyyət hissi ilə işə başlayıram. Azərbaycan Uşaq Fondunun məqsədlərinə sadiq qalaraq, uşaqlarımızın rifahı və hüquqlarının qorunması üçün bütün gücümü səfərbər edəcəyəm,” - deyə Zəhra Bədəlbəyli bildirdi.

Əlavə məlumat
Azərbaycan Uşaq Fondu, 1988/1991-ci illərdən etibarən fəaliyyət göstərir və bu müddət ərzində bir çox mühüm layihələr həyata keçirmişdir. Fond, uşaq hüquqlarının qorunması, təhsil imkanlarının genişləndirilməsi və uşaq rifahının təmin olunması istiqamətində bir çox uğurlara imza atmışdır. Xeyriyyəçilik fəaliyyəti çərçivəsində bir çox uşaq evlərinə, məktəblərə və digər sosial qurumlara dəstək göstərmişdir.
Azərbaycan Uşaq Fondu
Üzeyir Hacıbəyov küç, 40
Hökümət Evi
Əlaqə nömrəsi:
012 93 84 20