top of page

Azərbaycan Uşaq Fondunun əməkdaşları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər



Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasından 100 il ötür.


Mayın 8-də Azərbaycan Uşaq Fondun İdarə heyətinin sədri Arif Hüseynov, Fond Sədrinin birinci müavini və İcraçı direktoru Zəhra Bədəlbəyli və digər əməkdaşlar Fəxri Xiyabana gedərək, ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.


Fond əməkdaşları ümummilli liderin məzarüstü abidəsinin önünə gül dəstələri qoyub, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.


Həmçinin ziyarət zamanı Fond əməkdaşları Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə gül dəstələri qoyulublar.







Bank Rekvizitləri:
Azərbaycan Beynəlxalq Bankı ASC 
İBAN:AZ66IBAZ40060019443286906209
M/H: AZ03NABZ01350100000000002944 
Bankın kodu: 805056
Bankın VÖEN: 9900001881 
S.W.I.F.T.BIK: IBAZAZ2X

Bakı, Üzeyir Hacıbəyli küç. 40,

(Hökümət Evi) 

+ 99412-493-84-20

Azerbaijan Children's Foundation | 2024

bottom of page