top of page

27 yaşlı azərbaycanlı xanım “Forbes”ın siyahısında


“Gamepons” şirkətinin həmtəsisçisi, 27 yaşlı azərbaycanlı Fidan Rüstəmli “Forbes Under 30 Europe 2023” siyahısında yer alıb.


Bu barədə o, sosial şəbəkə hesabında yazıb:


“Dünyanın ən təsirli gənc sahibkarlar və oyun dəyişdiriciləri cəmiyyətinin bir hissəsi kimi seçildiyimi bölüşməkdən məmnunam! Belə təsirli istedadlı şəxslərlə yanaşı tanınmaq inanılmaz şərəfdir. Bu nüfuzlu siyahının üzvü kimi mən innovasiya və sahibkarlıq vasitəsilə icmaların səlahiyyətləndirilməsi və dəyişdirilməsi sahəsində işimi davam etdirməyə sadiqəm. İnanıram ki, biz birlikdə müsbət dəyişiklik yarada və dünyaya qalıcı təsir göstərə bilərik”.

Fidan Rüstəmli, həmçinin “Global Game Jam”in regional təşkilatçısı və Avrasiya startap mükafatlarında ölkə tərəfdaşıdır.

Qeyd edək ki, 2019-cu ildə “Forbes”in Avropanın ən uğurlu 30 gəncindən ibarət “30 under 30” siyahısına azərbaycanlı, “Ted” spikeri, gənс sahibkarlar forumunun iştirakçısı, qadınların inkişaf layihəsi “WoWoman”in yaradıcısı Zara Hüseynova düşüb.


Bank Rekvizitləri:
Azərbaycan Beynəlxalq Bankı ASC 
İBAN:AZ66IBAZ40060019443286906209
M/H: AZ03NABZ01350100000000002944 
Bankın kodu: 805056
Bankın VÖEN: 9900001881 
S.W.I.F.T.BIK: IBAZAZ2X

Bakı, Üzeyir Hacıbəyli küç. 40,

(Hökümət Evi) 

+ 99412-493-84-20

Azerbaijan Children's Foundation | 2024

bottom of page