top of page

14 yaşlı İlananın növbəti uğuru

K. İlana bir daha xərçənglə mübarizədə kömək etdi. Bu dəfə o, ukraynalı iki yaşlı oğlanın - Mark Neqodiukinin ümidinə çevrildi.

Oğlunu xilas etmək üçün çarəsiz qalan Markın atası Dmitri kömək xahişi ilə İlana və onun fonduna müraciət etdi.

"Ən pisi o idi ki, bütün Ukrayna xəstəxanaları bağlandığından nə edəcəyimizi, hara gedəcəyimizi və oğlumuza müalicəyə necə kömək edəcəyimizi bilmirdik" dedi. Markdan xəbər tutan İlana və onun fondu Markın əməliyyatını və müalicəsini öz üzərinə götürdü.

Bu iş və İlanın qəhrəmanlığı, ümumiyyətlə onun fəaliyyəti haqqında ABŞ-ın ən əhəmiyyətli jurnallarından birində - “People”da geniş məqalə dərc olunub.

Jurnal məqaləsi İlanın hekayəsindən və onun bir vaxtlar əzıyyət çəkdiyi kimi xərçəngdən əziyyət çəkən uşaqlara kömək etmək üçün Fond açmaq qərarından bəhs edir.



Credits to: https://people.com/teen-beat-cancer-saves-boy-struggling-with-disease-ukraine-my-extraordinary-family-7559454

bottom of page