top of page

Ən yüksək balı onlar topladı

Updated: Apr 20, 2023


Tam orta təhsil səviyyəsi üzrə martın 12-də keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, imtahanda 4 nəfər 297.5 bal toplamaqla ən yüksək nəticəni göstərib.


Yüksək bal toplayanlar:


Abışova Fidan Yusif qızı - Bakı şəhər Nəsimi rayon texniki-humanitar lisey. Cəmi bir sualda səhv edən Fidan universitet və ixtisas seçimini hələ qərarlaşdırmayıb. O, Azərbaycanda təhsil almaq istəyir.



Cəfərzadə Taliə Cavid qızı - Bakı şəhər Nəsimi rayon texniki-humanitar lisey. 9-cu sinifdə buraxılış imtahanından da 290 bal toplayıb, liseydə əlaçı olan Taliə IV qrup üzrə hazırlaşır, Azərbaycan Tibb Universitetində təhsil almaq istəyir.



Mürşüdlü Nəzrin Elxan qızı - Səbail rayon 160 nömrəli klassik gimnaziya. Türkiyədə təhsil almaq istəyən Nəzrin hələ hansı universiteti seçəcəyimə qərar verməyib.

O, I qrup üzrə hazırlaşıb. Komputer mühəndisi olmaq istəyir.



Quliyeva Ləman Sənan qızı - Sabunçu rayon 169 nömrəli orta məktəb. ADA Universitetində Riyaziyyat müəllimliyi (tədris ingilis dilində) üzrə təhsil almaq istəyir.


Mənbə: AzEdu


 
 

Bank Rekvizitləri:
Azərbaycan Beynəlxalq Bankı ASC 
İBAN:AZ66IBAZ40060019443286906209
M/H: AZ03NABZ01350100000000002944 
Bankın kodu: 805056
Bankın VÖEN: 9900001881 
S.W.I.F.T.BIK: IBAZAZ2X

Bakı, Üzeyir Hacıbəyli küç. 40,

(Hökümət Evi) 

+ 99412-493-84-20

Azerbaijan Children's Foundation | 2024

bottom of page